ABŞ Dövlət Departamenti Paşinyanı dəstəkləyir: "Ordu siyasətə qarışmamalıdır"

  • 00:35 - 26 Fevral

ABŞ Dövlət Departamenti Ermənistandakı siyasi böhranla bağlı mövqeyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Dövlət Departamenti tərəfləri zor tətbiq etməkdən yayınmağa çağırıb. “Ermənistan Silahlı Qüvvələri siyasətə qarışmamalıdır”-deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Biz Ermənistandakı hadisələrdən xəbərdarıq, situasiyanı diqqətlə izləyirik. Tərəfləri zorakılıq və gücdən istifadə etməkdən çəkinməyə çağırırıq. Biz bütün tərəflərə bildiririk ki, silahlı qüvvələr dövlətin daxili siyasətinə müdaxilə etməməlidir. Bu demokratik idarənin baza prinsipidir. ABŞ Ermənistanın demokratik proseslərini və institutlarını tam şəkildə dəstəkləyir. Biz Ermənistanın suverenliyini müdaifə edirik”.

Praysın sözlərinə görə, Departament tərəfləri fikir ayrılığını dinc yolla həll etməyə çağırır. O həmçinin deyib ki, ABŞ Dövlət Departamenti Ermənistanda dövlət çevrilişinə cəhd olub-olmadığı barədə bir nəticəyə gəlməyib: “Hazırda belə müəyyənliyimiz yoxdur. Diqqətlə situasiyanı izləyirik”.


Oxunma sayı: 3763

Oxşar yazılar