Paşinyan tərəfdarları və müxaliflər arasında qarşıdurma - VİDEO

  • 17:56 - 25 Fevral

İrəvanın mərkəzində Opera binasının yaxınlığında hakimiyyət tərəfdarları ilə müxalifət arasında toqquşmalar baş verib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, müxalif "Vətənin xilası hərəkatı"nın tərəfdarları Azadlıq meydanına toplaşıblar. Həmin vaxt oradan Baş nazir Nikol Paşinyana dəstək yürüşü edən vətəndaşlar keçib. Bu zaman iki qrup arasında qarşıdurma yaşanıb.

Polis çətinliklə toqquşmaların qarşısını ala bilib. Vəziyyət hazırda gərgin olaraq qalır.


Oxunma sayı: 1981

Oxşar yazılar