Azərbaycanda oğru mağazaya belə girdi

  • 16:09 - 25 Fevral

Sabirabadda mağazadan oğurluq edilib.

Avropa.info DİN mətbuat xidmətinə istnadən xəbər verir ki,  fevralın 23-də Qaragüney kəndi ərazisindəki mağazaların birindən dam örtüyünü söküb daxil olmaqla oradan 1735 manat pul, 506 manat dəyərində danışıq kartları və tütün məmulatları oğurlanıb.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini Y.Əsgərov saxlanılıb.


Oxunma sayı: 4016

Oxşar yazılar