"Ermənistanda dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyirik, harada olursa olsun..." - Ankaradan rəsmi açıqlama

  • 15:51 - 25 Fevral

Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik.

Avropa.info xəbər verir ki, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Çavuşoğlu dövlət çevrilişlərinə qarşı olduqlarını bildirib. 

"Harada olursa olsun, Türkiyənin çevrilişlərə qarşıdır", deyə Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N.Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.


Oxunma sayı: 3202

Oxşar yazılar