Ermənistan növbəti çevriliş astanasında - Əhali küçələrə axışır

  • 15:18 - 25 Fevral

Ermənistanın Baş naziri Nikol Paşinyan öz tərəfdarlarının əhatəsində İrəvanda yürüş keçirir.

Avropa.info bildirir ki, N.Paşinyan bugünkü hadisələrlə bağlı ölkəni tərk etmək niyyətində olmadığını deyib. O, öz tərəfdarlarını bir daha Respublika meydanına toplaşmağa çağırıb.

Müxalifət də sakinləri küçələrə çağıraraq N.Paşinyanın istefasını tələb edib.

Eyni zamanda, baş nazirin meydana çıxmaq çağırışına etiraz olaraq bir sıra nazirliklərin əməkdaşları istefa ərizələri yazıb.


Oxunma sayı: 3136

Oxşar yazılar