"Kreml Ermənistandakı vəziyyəti həyəcanla izləyir, amma..." - Peskov İrəvandakı qarşıdurma haqda

  • 14:04 - 25 Fevral

"Kreml Ermənistandakı vəziyyəti həyəcanla izləyir, ancaq baş verənləri Rusiya Federasiyasının Qafqazdakı vacib və yaxın müttəfiqi olan ölkənin daxili işi kimi qiymətləndirir".

Avropa.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov yerli jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın Rusiya istehsalı olan "İsgəndər" raketləri ilə bağlı açıqlamasından sonra, Ermənistan ordusunun baş qərargahı cümə axşamı onun istefasını tələb edib. Bu tələbdən sonra,  Paşinyan ordunun baş qərərgah rəisi Onik Qasparyanı istefaya göndərib. Paşinyan tərəfdarlarını küçələrə çağırıb.


Oxunma sayı: 2619

Oxşar yazılar