Ermənistanın ombudsmanı ordunun Paşinyanın istefası tələbini dəstəklədi

  • 13:19 - 25 Fevral

Ermənistanın birinci ombudsmanı Baş qərargahın Paşinyanın istefa tələbi ilə bağlı bəyanatını dəstəkləyib.

Avropa.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, Ermənistanın birinci ombudsmanı Larisa Alaverdyan bu gün jurnalistlərlə görüşündə bildirib. 

Alaverdiyan Ermənistan ordusu Baş qərargahının bəyanatını alqışladığını bəyan edib və xalqı Ermənistan hakimiyyətinin təxribatlarına uymamağa çağırıb. 

O, Baş qərargahın bu bəyanatının gecikdiyini, baş nazirin isə vətəndaş müharibəsinə başlamaq istədiyini, vətəndaşların bu təxribata uyacağına Paşinyanın inandığını qeyd edib.


Oxunma sayı: 2586

Oxşar yazılar