Ermənistanda ara qarışdı: Paşinyan tərəfdarlarını meydana çağırdı – Ordu baş nazirin istefasını tələb edir

  • 12:45 - 25 Fevral

Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.

Avropa.info xəbər verir ki, bu barədə Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş qərargahının onun istefası ilə bağlı bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Bu barədə Paşinyan "Facebook" hesabında yazıb. O, bütün tərəfdarlarını Respublika meydanına çağırıb.

"Tərəfdarlarımızı elə indi Respublika meydanına çıxmağa çağırıram. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - deyə baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Baş qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edir. Baş qərargah bununla bağlı bəyanat yayıb.


Oxunma sayı: 2971

Oxşar yazılar