Yolların buz bağlaması nəticəsində baş verən qəzaların sayı açıqlandı

  • 11:58 - 25 Fevral

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Avropa.info-nun məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib.

“Eyni zamanda paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda suni tıxaclar yaratdı”, - V.Əsədov bildirib.


Oxunma sayı: 1750

Oxşar yazılar