Respublika yollarındakı son vəziyyətlə bağlı AÇIQLAMA

  • 11:18 - 25 Fevral

Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib.

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin Avropa.info-ya verdiyi məlumata görə, hazırda yolların əksəriyyətində hərəkət var.

Yollardakı vəziyyətlə bağlı cədvəli təqdim edirik:

S/

s

Yolun adı (istiqamətlə)Mövcud vəziyyəti
1Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədiYağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 8-10 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 15-18 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2Giləzi - XızıYağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.
3Bakı - QobustanYağıntı yoxdur, Qobustan rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
4Qobustan - Şamaxı - MuğanlıYağıntı yoxdur, Şamaxı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən körpülərə, sərt əyrilərə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
5Muğanlı - Ağsu - YevlaxYağıntı yoxdur, Muğanlı ərazisində 7-8 dərəcə, Ağsu rayonu ərazisində 3-5 dərəcə şaxta var. Gecə saatlarında yolun Muğanlı-Ağsu hissəsinə zəif qar yağmış, səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6Bakı - Ələt - HacıqabulYağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7Hacıqabul - Ucar - YevlaxYağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
8Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədiYağıntı yoxdur. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9Muğanlı - İsmayıllıYağıntı yoxdur, 9-10 dərəcə şaxta var. Gecə saatlarında zəif qar yağmış, yolun meşə zolağından keçən hissələrində güclü buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10İsmayıllı - Qəbələ - Oğuz- ŞəkiYağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 9-10 dərəcə, Qəbələ, Oğuz və Şəki rayonları ərazisində 6-7 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar yağmış, gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədMarşrut boyu yağıntı yoxdur, 4-8 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar, Qax rayonu ərazisinə güclü qar yağmışdır. Gecə saatlarında şaxta çox olduqundan yolda buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12Yevlax – Şəki (Göybulaq)Yağıntı yoxdur, Şəki rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13Gəncə - Daşkəsən - XoşbulaqYağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
14Şəmkir - GədəbəyYağıntı yoxdur, 11-13 dərəcə şaxta var. Yasamal aşırımında yollar açıqdır. Şəmkir rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
15Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədiAstara rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
16Masallı – YardımlıMasallı rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub.
17Lənkəran – LerikLənkəran rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Lerik rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum dus səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub.
18Hacıqabul – Bəhramtəpə – HoradizYağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Oxunma sayı: 1629

Oxşar yazılar