BMT-nin binası önündə Xocalı faciəsini əks etdirən sərgi təşkil olunacaq

  • 11:05 - 25 Fevral

ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil olunacaq.

Avropa.info xəbər verir ki, bu barədə “Report”a Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdərəli məlumat verib.

O bildirib ki, sərgidə soyqırım zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi günahsız insanların, Xocalı dəhşətlərinin əks olunduğu fotolar nümayiş etdiriləcək:

“Biz hər il BMT-nin qərargahı önündə Xocalı facisəsinin ildönümləri ilə əlaqədar aksiyalar keçiririk. Bu il də, əsrin ən böyük cinayətlərindən biri olan Xocalının faciəsinin səsi olacağıq”.

Eyni zamanda üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Nyu-York şəhərinin mərkəzi küçələrini, meydanları dolaşacaq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandıracaq.


Oxunma sayı: 1607

Oxşar yazılar