Ermənistanın partlamayan “İsgəndər”ləri öz hərbçilərini "vurur" - Baş qərargah rəisinin müavini işdən çıxarıldı

  • 01:10 - 25 Fevral

Ermənistan prezidenti Armen Sərkisyan bu gün ölkənin Silahlı qüvvələrinin baş qərargahının rəisini birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad oluması barədə fərman imzalayıb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, buna bu gün “Yerevan.today” portalına verdiyi müsahibədə T.Xaçatryanın baş nazir Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı fikirlərinə verdiyi reaksiya səbəb olub.

Belə ki, həmin müsahibədə erməni general baş nazirin müharibə zamanı Azərbaycan tərəfinə atılan “İsgəndər” raketlərinin yalnız 10%-nin partlaması ilə bağlı sözləri barədə suala cavab verərəkən əvvəlcə istehza ilə gülüb, daha sonra isə “Əlbəttə ki, mümkün deyil. Necə? “İsgəndər”, “Bir atış?, özü də 10%, bağışlayın bu qeyri-ciddi səslənir”,-deyə bildirib.

Cəmi bir neçə saat sonra Müdafiə nazirliyi Tiran Xaçatryanın sözlərinin təhrif olunduğu barədə bəyanat yaysa da, görünür baş nazir Nikol Paşinyan onu bağışlamayıb.


Oxunma sayı: 6502

Oxşar yazılar