İmamoğlunun rəhbərlik etdiyi İBB-dən skandal: Bələdiyyə kitabxanası PKK terrorçusu Nürəddin Demirtaşın kitabını satışa çıxardı (FOTO)

  • 00:21 - 25 Fevral

Türkiyədə terrora yardım ittihamları ilə həbsdə olan HDP lideri Səlahəddin Demirtaşın qardaşı, PKK terrorçusu Nürəddin Demirtaşın yazdığı yeni kitab İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus İstanbul Kitab Evində satışa çıxarılıb.

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkədə törədilən bir çox terror aktlarının təşkilatçısı, kod adı "Şiar" olan PKK-lı terrorçu Nürəddin Demirtaşın "Onur Borcu" adlı kitabının İBB-yə aid Kitab Evində satışa çıxarılması ciddi narazılığıa səbəb olub. 

Selahattin Demirtaş'ın terörist kardeşi Nurettin Demirtaş'tan alçak sokak  eylemleri çağrısı - Son Dakika

PKK terrorçusu Nürəddin Demirtaş

İBB bundan öncə də PKK-nın qurucu üzvlərindən olan terrorçu Səkinə Cansızın kitabını bələdiyyəyə aid Kitab Evində satışa çıxarmaqla skandala imza atmışdı. 

Xatırladaq ki, 2019-cu il bələdiyyə seçkilərində HDP Əkrəm İmamoğlunu dəstəkləmişdi. 


Oxunma sayı: 5391

Oxşar yazılar