Yeni dünya düzənində milli birlik modeli: Milli, dini və mənəvi dəyərlərimizi necə qoruyaq? – Anar Ağayev yazır

  • 19:45 - 24 Fevral

Dünyanın düzəni pozulub. Dunya çalxalanır, beynəlxalq qanunlar kiməsə sərf edəndə işləyir, sərf etməyəndə amorf vəziyyətinə düşür. Xüsusilə də qədim tarixi keçmişi, möhkəm milli adət-ənənələri, dindən-imandan irəli gələn ədəb-ərkan qaydaları olan xalqlar, dövlətlər üçün çətin dövrdür. Xüsusi məharətlə gizlənmiş güclü qüvvələr var ki, Allahın insanlara bəxş etdiyi inancları, sosial davranış qaydalarını, ailə məişət tərzini məhv etməyə çalışırlar. Butun dövlətlərdə çaxnaşma, qarşıdurma yaradıb düzəni pozmaqa can atırlar. Məqsəd isə dinsiz, əqidəsiz, soy-kökünü, milli mənsubiyyətini xatırlamayan zombisayaq kütlə yaratmaqdır. 

Bu qüvvələrin iqtisadi maraqları üçün çalışan kölə kütləsinin yetişdirilməsinə hər cür səy göstərilir. Eyni cinsdən olanların nikahı, onların təbliği, milli adət-ənənələri, dini ənənəsi olan dövlətləri qarışdırmaq, millətlərarası ədavətləri qızışdırmaq da eyni səbəbdəndir. Coxlari bunu anlamır, yalançı, ikiüzlü demokratiya ixracatçılarının vədlərinə inanır, təbliğatına uyurlar. İkili standartları, dini ayrımcılığı görmək istəmirlər. 

Fransa o Fransadir ki, Türkiyə ilə Azərbaycana ittihamlar yağdirir, erməniləri ermənilərin özlərindən çox qoruyur, öz tarixini  unudur. Sanki Varfolomey gecəsi adlanan o qətliam gecəsi öz soydaslarini quqenot məzhəbindən olduqlarına  görə qıran, varidatını ələ keçirmək üçün tampliyerləri tonqalda yandıran, hər dəfə xəzinə boşalanda yəhudiləri qarət edib, var-yoxlarini mənimsəyən fransızlar deyil, biz olmuşuq. 

Əlcazairdə,Tunisdə, Mərakeşdə, Yaxın Şərqdə milyonlarla insanı müsəlman olduqlarına görə öldürənlər Türkiyəni "soyqrımı"nda ittiham edir. Halbuki o zaman da Osmanlı imperiyasını daqitmaq, Cənubi Qafqazı ələ keçirmək üçün erməniləri Türkiyədə silahlandırıb vətəndaş itaətsizliyinin təşəbbüsçüsü də elə Fransa olmuşdur. 

İslam dininə qarşı çıxan, hər yerdə öz marağınıi güdən, tarixi qanla yazılan, milyonların yaşamaq hüququnu əlindən alan bir dövlətin insan haqlarından, demokratiyadan dəm vurması siyasi əxlaqsizliqdir. 

Bu misalları bir çox beynəlxalq təşkilatlardan, dövlətlərdə də gətirmək olar. Amma istəmirəm. İstədiyim tək şey millətimizin ayıq olması, yalan makinası istehsalçısı olan "fırça"ya uymamasıdır. 

Azərbaycan adlı türk dövlətinin əbədiyyən yaşamasını, onun parçalanmamasini istəyiriksə, əldə etdiklərimizi möhkəmləndirməyi, milli adət-ənənələrimizi qorumağı, köklərimizdən qopmamağı təmin edəcəyik. Bir olub dövlətçiliyimizi, ərazilərimizi göz bəbəyi kimi qoruyacağıq. Bir olub, bütün məkrli həmlələri dəf edəcəyik. 

Azərbaycanı iqtisadi, hərbi cəhətdən qüdrətli, müstəqil, qanunların hökmran olduqu bir dövlət kimi görmək istəyirəm. Bilirəm, müxtəlif sferalarda bəzi çatışmazlıqlar var. Amma o da var ki, ölkəmiz cəmi 25 ildir müstəqil dövlət kimi möhkəmlənməyə başlayıb. Yuz illərdir mövcud olan ölkələrdəki həyatı bu gün burda təmin etməyin mümkünlüyü bir qədər çətindir. Buna zaman lazımdır. Gələcək nəsillər üçün Azərbaycanı gülüstana çevirməliyik. 

Bu milləti, bu torpaği sevənləri birliyə caqiriram. Oğuz elinin sınaq dövrüdür. Rəşadət, milli həmrəylik dövrüdür. Düşmənə fürsət verməyək. Türk oğlu Türk olduğumuzu isbat edək.

Anar Ağayev,
İkinci dərəcəli dövlət qulluqçusu


Oxunma sayı: 4698

Oxşar yazılar