Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti mülayimləşib - FAKTİKİ HAVA

  • 19:23 - 24 Fevral

Fevralın 24-ü saat 18:00-a olan məlumata əsasən, qarın intensivliyi səngiyib.

Milli Hidrometeorologiya Xidmətindən Avropa.info-ya verilən məlumata görə, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmaqda davam edir.

Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.4 metrdir.

Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.


Oxunma sayı: 1948

Oxşar yazılar