"Rus zibilini alan erməni qoyunların axmaq olduğu üzə çıxdı və qurdlar yaxşıca bəsləndi..." - Erməni jurnalist Azərbaycana atılan, lakin partlamayan "İsgəndər"lər haqda

  • 18:41 - 24 Fevral

"Rus silahları bu gün mənəvi və fiziki cəhətdən köhnəlmişdir və dünya artıq 5-ci nəsil silahlarından istifadə edərkən, Ermənistanın bu silahları alması yalnız  Rusiya hərbi sənaye kompleksini zənginləşdirməkdir".

Avropa.info xəbər verir ki, bu haqda erməni jurnalist Tevos Arşakyan Paşinyanın Rusiya istehsalı olan "İsgəndər" raketləri ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib. 

"Paşinyan Sarkisyanın Qarabağdakı döyüş əməliyyatları zamanı niyə "İsgəndər"lərdən istifadə edilməməsi ilə bağlı ittihamlarına cavab verərkən dedi ki, əslində Azərbaycana atılan "İsgəndər" raketlərinin niyə partlamaması sualına Sarkisyan cavab verməlidir. Paşinyan hətta, "bilmirəm, bəlkə də bu silahlar 80-ci illərdən qalma bir silahdır", dedi. 

Etiraf edim ki, bir çoxlarından fərqli olaraq şəxsən mənim üçün Paşinyanın sözləri sürpriz olmadı. Xatırlayırsınızsa, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Hakobyan, son müharibə zamanı ilk dəfə "İskəndər"dən istifadə etdiklərini elan etmişdi.

Keçən ilin noyabr ayında "İskəndər"lərdən müharibənin son günlərində istifadə edildiyini söyləmişdi. Hakopyan, son müsahibəsində Şuşa istiqamətində atış etdiklərini dedi. Lakin sonrakı hadisələr göstərdi ki, "İskəndər"in Azərbaycan Ordusuna bir təsiri olmayıb. Azərbaycan nəinki Şuşanı ala bildi,həm də Ermənistan tərəfinin "İskəndər"dən istifadə etməsinə baxmayaraq Şuşanı qoruya bildi. Ancaq bir çox ermənilər üçün Ermənistan ordusunda olan Rusiya "İskəndər"ləri bir növ dərman kimi göründü.

Nəinki Azərbaycanın, dünyanın mədəniyyət paytaxtı olmağa layiq olan ŞUŞA

"İskəndər" raketləri 2016-cı ildə Serj Sarkisyanın prezidentliyi dövründə Rusiyadan alınıb. Bu fakt erməni mediasında geniş təbliğ edildi, deyirdilər ki, Ermənistan bu raketi alan ilk xarici ölkə oldu. Ancaq eyni zamanda digər məqamlardan danışılmadı. Məsələn, daha sonra Ermənistanda nüfuz edən genişmiqyaslı korrupsiya barədə. Elə o vaxt da Sarkisyan və ətrafının bu müqaviləyə görə yaxşıca qazanmalarından bəhs olunurdu. Qüsurlu raketlərin ruslardan alındığı mümkündür. Budur, qoyunların (Ermənistanı nəzərdə tutur:red) axmaq olduğu ortaya çıxdı və qurdlar (Rusiyanı və Sarkisyan rejimini nəzərdə tutur:red) yaxşıca bəsləndi - ruslar lazımsız silahdan qurtuldu və bizimkilər bütün dünyaya Ermənistan ordusunun arsenalında güclü bir silah olması haqqında zurna çəkdilər. .

Bu müharibə göstərdi ki, "İskəndər"lər həqiqətən də keyfiyyətsiz silahlardır. Paşinyan yalnız bir səhvə yol verir- "İsgəndər"lərin istehsalının 90-cı illərin sonlarında başlamasına baxmayaraq, 80-ci illərin silahı adlandırır. Bu səhv onun hərbi təhsilinin olmaması ilə əlaqələndirilə bilər. Ancaq bütün digər məsələlərdə tamamilə haqlıdır - "İskəndər" raketləri partlamadı. Qarabağda yerləşdirilən Rusiya istehsalı hava hücumundan müdafiə sistemləri müharibənin ilk günlərində məhv edildiyini xatırlasaq, bu gün rus silahlarının bir yığın metal qırıntıları olduğu aydın olur. Ermənistanın bir ildən çoxdur ki, ödəmədiyi tamamilə faydasız, lakin bahalı metal qırıntıları. Ermənistan isə rus zibilini alıb özünü dünyada rüsvay etdi", deyə Arşakyan qeyd edib.

Avropa.info


Oxunma sayı: 10066

Oxşar yazılar