Əli Əsədov Gürcüstanın yeni baş nazirini təbrik etdi

  • 14:28 - 24 Fevral

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Avropa.info-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.


Oxunma sayı: 1310

Oxşar yazılar