Son dəqiqə : Suriyada Rusiya və İran arasında silahlı qarşıdurma - Xeyli sayda yaralı var

  • 01:18 - 24 Fevral

Suriyanın şərqindəki Deyrizor bölgəsində Rusiyanın dəstəklədiyi silahlı qüvvələrlə İran dəstəkli güclər arasında atışma yaşanıb. 

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, Deyrizorun əl-Bukemal qəsəbəsində İranın dəstəklədiyi "47-ci alay"a bağlı milislərlə Rusiyanın dəstəklədiyi "Milli Müdafiə" güçləri arasında ağır döyüş olub. 

Məlumatlara görə, İran dəstəkli milislər Rusiya tərəfindən dəstəklənən "Milli Müdafiə" güclərinin mərkəzinə hücum edib. Yaşanan silahlı qarşıdurmada hər iki tərəfdən yaralıların olduğu bildirilir. Hücumu həyata keçirən İran dəstəkli milislər yaxalanıb. 

Qeyd edək ki, Suriyanın şərqindəki əl-Bukemal qəsəbəsi uzun vaxtdır İran ilə Rusiya tərəfindən dəstəklənən güclərin silahlı qarşıdurmasına şahidlik edir. 

İran bölgədə İnqilab Keşikçilərinə bağlı milis gücləri yerləşdirərək, burada ideoloji və hərbi varlığını artırmağa çalışır. Rusiya isə eyni bölgədə Əsəd rejiminə bağlı gücləri və fələstinlilərdən ibarət formalaşdırdığı "Liva əl Qüds" qrupunu dəstəkləyir. 

Son dönəmdə iki tərəf arasında qarşıdurmanın artmasından sonra Rusiya bölgədə hərbi varlığını artırıb. 

Avropa.info


Oxunma sayı: 17458

Oxşar yazılar