Britaniya ABŞ təyyarələrinin ərazisində uçuşuna qadağa qoydu

  • 20:24 - 23 Fevral

Böyük Britaniya ABŞ-ın “United Airlines” şirkətinə məxsus “Pratt & Whitney PW4000-112” mühərrikləri ilə işləyən “Boeing 777” təyyarələrinin öz ərazisində uçuşlarını qadağan edib.

“The Telegraph” xəbər verir ki, bunu Britaniyanın Nəqliyyat naziri Qrant Şepps deyib. Qadağanın Kolorado ştatında baş verən təyyarə qəzası ilə bağlı tətbiq edildiyi bildirilir.  Qeyd olunur ki, qadağa müvəqqəti olacaq:

“Vəziyyəti nəzarətdə saxlamaq üçün Mülki Aviasiya İdarəsi ilə yaxından əməkdaşlığı davam etdirəcəyik”, - britaniyalı nazir vurğulayıb.

Qeyd edək ki, fevralın 20-də Denverdən Honoluluya uçan “United Airlines” hava yollarına məxsus təyyarə uçuşdan yarım saat sonra təcili eniş edib. Belə ki, təyyarənin mühərriki qəfildən alışaraq yanıb, onun metal hissələri isə yaşayış sahələrinə düşüb.


Oxunma sayı: 2795

Oxşar yazılar