Garada sağ ələ keçirilən PKK terrorçuları etiraf edir: " Ermənilərə kömək üçün Qarabağa qüvvə göndərdik, ABŞ və Rusiya PKK-nı məlumatlandırır"

  • 15:06 - 23 Fevral

Türkiyə ordusunun İraqın şimalındakı Gara bölgəsində həyata keçirdiyi əməliyyat nəticəsində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı terror təşkilatının xarici dəstəyi haqda vacib məlumatlar veriblər.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin "Yeni Şafak! qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazıb.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə xüsusi təyinatlıları ilk dəfə Gara bölgəsində əməliyyat keçirərək, PKK-nın əsas təlim düşərgələrini, silah-sursat anbarlarını məhv etdi. Əməliyyat nəticəsində 50-dən çox terrorçu məhv edilib, 10-la terrorçu isə sağ ələ keçirilib. Lakin, əməliyyatdan öncə PKK terrorçuları 6 ilə yaxındır girov saxladıqları 13 Türkiyə vətəndaşını xüsusi amansızlıqla qətlə yetiriblər. Hazırda Türkiyə ordusu Gara bölgəsinə tam olaraq nəzarət edir.

Sağ ələ keçirilən terrorçulardan Ş.M. dindirmə zamanı bunları deyib: “Türkiyə silahlı qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə Rusiya və ABŞ vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən PKK-ya xəbər verirdi. Həmçinin, PKK-nın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə də əlaqələri var. ABŞ PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz təyyarələrlə havadan əldə etdiyi görüntü və koordinatları PKK-ya ötürür."

Başqa bir terrorçu D.M. isə Türkiyə istintaqçılarına deyib ki, ABŞ PKK liderlərini qorumaq üçün öz hərbi personalını ayırıb. Ələ keçirilən terrorçunun dediyinə görə, “Bahoz Erdal” ləqəbli PKK liderinin cangüdənlərindən 8-i Amerika əsgəri olub. “Sofi Nurettin” kod adlı terrorçu isə bir müddət ABŞ ordusunun İraqın şimalındakı düşərgəsində qalıb.

Başqa bir terrorçu İ.Ç. isə deyib ki, Liviyada hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə cəhd edən qiyamçı Həlifə Haftar da  Türkiyəyə qarşı PKK-dan istifadə etməyə çalışıb. Haftar öz adamını PKK ilə təmaslar üçün Suriyaya göndərib  və terror təşkilatından dəstək istəyib.  Həmin terrorçu deyiib ki, Haftarın PKK-dan dəstək istədiyini təşkilatın liderlərindən Fehman Hüseyn  ötən il Şeddade bölgəsində  keçirdiui toplantıda  təsdiqləyib.  “Haftar ordusu YPG-dən (PKK-nın Suriya qolu) dəstək istəyir” deyib.

İ.Ç. adlı terrorçu Ermənistana dəstək üçün Qarabağa PKK terrorçularının göndərildiyini də bildirərək, bunu terror təşkilatın bütün üzvlərinin  bildiyini qeyd edib.

Xatıladaq ki, Qarabağda 44 günlük hərbi əməliyyatların başlanması ərəfəsində Ermənistanın bölgəyə İraq və Suriyadan PKK terrorçularını gətirdiyi haqda kifayət qədər ciddi məlumatlar yayılmışdı. Müharibənin başa çatmasından az sonra PKK liderləri terrorçuların özlərinə yaxın "media orqanlarına" açıqlamalarında  Qarabağa ermənilərə kömək üçün dəstələr göndərdiklərini təsdiq etmişdi.

Avropa.info


Oxunma sayı: 13773

Oxşar yazılar