
Azərbaycanda COVID-19-a yoluxma sayı yenidən artdı – FOTO
- 14:55 - 23 Fevral
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib. Hazırda 2 208 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, bu günə qədər isə ümumilikdə 2 563 101 test icra olunub.
