Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək - YENİLƏNİB

  • 11:48 - 23 Fevral

Ötən gün dünyasını dəyişən Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer müəyyənləşib.

Avropa.info bildirir ki, mərhumun qardaşı oğlu Anar Rzazadə axşam.az-a açıqlamasında Yalçın Rzazadənin doğulduğu Lənkəranda dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, müğənni dünən 74 yaşında dünyasını dəyişib.

***

10:35

Xalq artisti Yalçın Rzazadə bu gün dəfn ediləcək.

Mərhum müğənninin oğlu Orxan Rzazadə axşam.az-a açıqlamasında bunları deyib:

"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. İndi cavab gözləyirik. Bir söz deyilməsə, atamı planlaşdırdığımız yerdə dəfn edəcəyik. Bir-iki qəbristanlıq planda var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik. Mədəniyyət Nazirliyinə  müraciət edilib, cavab gözləyirik".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 74 yaşında dünyasını dəyişib.


Oxunma sayı: 375

Oxşar yazılar