Yol polisindən sürücülərə MÜRACİƏT

  • 11:29 - 23 Fevral

DİN Baş DYP İdarəsi hava şəraiti ilə əlaqədar sürücülər və piyadalara müraciət edib.

İdarədən Avropa.info-ya daxil olan məlumata görə, müraciətdə qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib:

"Bunları nəzərə alaraq, sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.


Oxunma sayı: 507

Oxşar yazılar