Saakaşvilinin partiyasının rəhbəri həbs olundu - FOTO

  • 10:23 - 23 Fevral

Gürcüstanın əsas müxalif partiyası olan "Vahid Milli Hərəkat"ın sədri Nika Melia həbs edilib.

Avropa.info bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları partiya sədrini partiyanın baş ofisində həbs edib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən yaradılan müxalif partiyanın sədri Tbilisi məhkəməsi tərəfindən təyin edilən 40 min lari məbləğində girovu (12 min dollardan çox) ödəmədiyinə görə həbs olunub. Polisin əməliyyat zamanı bibər qazından istifadə etdiyi bildirilir.

Xatırladaq ki, Melia 2019-cu ilin iyunda keçirilən mitinqlər zamanı iğtişaşlarda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tbilisi Məhkəməsinin qərarı ilə 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılıb. Lakin siyasətçi ötən ilin noyabrında qolbağını çıxarıb, bundan sonra girovun məbləği 40 min lariyə çatıb. Girovun ödənməsi üçün fevralın 12-dək vaxt nəzərdə tutulsa da, partiya sədri pulu ödəməkdən imtina edib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.


Oxunma sayı: 2905

Oxşar yazılar