AY Partiya başqanı "Həyatımız siyasət" verilişinin qonağı olub - FOTOLAR

  • 01:37 - 23 Fevral

Azərbaycanın media məkanında yeni formatda televiziya proqramına start verilir.

Mediapress.az xəbər verir ki, "Həyatımız siyasət" adlanan proqramının ilk çəkilişi bu gün gerçəkləşib.

Jurnalist Gülşən Hacıyevanın təqdimatında yayımlanacaq “Həyatımız siyasət” verilişinin ilk qonağı Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli olub.

Verilişdə müəlliflə yanaşı jurnalist Aqil Camal da moderatorluq edib.

Tanınmış media təmsilçiləri İlqar Əlifoğlu, Sevinc Telmanqızı, Nicat Abdullayev AY Partiya başqanına suallar ünvanlayıblar.

Proqramın ilk buraxılışı çərşənbə axşamı yayımlanacaq.


Oxunma sayı: 1332

Oxşar yazılar