Türkiyədə son sutkada koronavirusdan 78 nəfər dünyasını dəyişib

  • 23:45 - 22 Fevral

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxmada artım müşahidə olunur. Fevralın 22-də ölkə üzrə 118 min 816 nəfər testdən keçirilib. Onlardan 8 min 104 nəfərdə infeksiyanın əlamətləri aşkarlanıb.

Avropa.info xəbər verir ki, gün ərzində 623 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib, 78 nəfər ölüb, 5 min 690 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 2 milyon 646 min 526 nəfərdə virus aşkarlanıb, 28 min 138 nəfər ölüb.

Qeyd edək ki, Türkiyə hökuməti koronovirus məhdudiyyətlərini mərhələli qaydada aradan qaldırmağı planlaşdırır. Lakin məhdudiyyətləri sərtləşdirmək və yaxud yumşaltmaq səlahiyyətləri yerli hakimiyyət orqanlarına veriləcək.


Oxunma sayı: 2344

Oxşar yazılar