Ermənistanda Paşinyanın istefası tələbi ilə yürüş keçirilir

  • 19:22 - 22 Fevral

Ermənistanın paytaxtı İrəvan şəhərində Baş nazir Nikol Paşinyan hökumətinin istefası tələbi ilə yürüş keçirilir.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, yürüşün təşkilatçısı "Vətənin xilası naminə" hərəkatıdır.

Hazırda polisin müşayiəti ilə etirazçılar paytaxtın mərkəzi meydanına doğru hərəkət edir. Onların mərkəzi meydanda itaətsizlik aksiyası keçirəcəyi gözlənilir.


Oxunma sayı: 826

Oxşar yazılar