Bakıda güclü yanğın

  • 19:13 - 22 Fevral

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar dairəsinə yaxın ərazidə yanğın olması barədə məlumat daxil olub.

Avropa.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir, yanğının sahəsinin genişlənməsinin qarşısını almaq üçün təcili və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.


Oxunma sayı: 1178

Oxşar yazılar