Son dəqiqə : Paşinyanın kortecinə silahlı hücum edilməsi haqda xəbərlər yayıldı - Ermənistan baş naziri öldürüldü?

  • 15:05 - 22 Fevral

Bu dəqiqələrdə Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd olması haqqında məlumatlar yayılıb. 

Avropa.info xəbər verir ki, bu haqda erməni ictimai fəalı Anna Bağdasaryan sosial mediada yazıb.

Bağdasaryanın iddiasına görə, bu gün səhər saat 10:45-də Nikol Paşinyanın hərəkətdə olan kortecinə silahlı hücüm olub:

"Baş nazir Nikol Paşinyanın avtomobil kortecinə 3 nəfər silahlı şəxs hücum edib. Yaxınlıqda 20 dəqiqəyə yaxın atışma səsləri eşidilib. Baş nazir xəsarət alması haqqda xəbərlər var. Yəqin hökumət rəsmiləri açıqlama verər”.

Sosial medianın erməni seqmentində yayılan bu xəbərlər hələ ki rəsmi təsdiqini tapmayıb. 

Qeyd edək ki, bu gün Ermənistanda Paşinyana qarşı müxalifətin itaətsizlik aksiyası keçiriləcək.


Oxunma sayı: 12849

Oxşar yazılar