Atatürkün nəşinin müvəqqəti saxlanıldığı, Osmanlı sultanı Abdulhəmid Xanın əl işlərinin olduğu iki muzey - Ruslan Bəşirli Ankaradan yazır

  • 12:28 - 22 Fevral

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlər paytaxt Ankarada yerləşən bir neçə tarixi muzeyi ziyarət ediblər. 

Avropa.info xəbər verir ki, Ankara Dövlət Rəsm və Heykəl Muzeyi və Ankara Tarix və Etnoqrafiya Muzeyini ziyarət edən jurnalistlərə adı çəkilən muzeylər haqda geniş məlumat verilib.

Ankara Tarix və Etnoqrafiya Muzeyi paytaxtın Altındağ rayonunda yerləşir. Türkiyə İstiqlaliyyət Savaşı zamanı cümə namazlarının qılındığı köhnə adı Namazgah təpəsi olan yerdə qurulub. Əvvəlcə Arxeoloji Muzey kimi istifadə ediləcəyi düşünülsə də, sonralar Rəsm və Heykəl Muzeyi olmağına qərar verilib.

Açıklama yok.

Bina Cümhuriyyət dövrünün əhəmiyyətli memarlarından olan Arif Hikmət Qoyunoğlu tərəfindən inşa edilmişdir. Bina düzbucaqlı şəklindədir və tək qübbəsi var. Binanın divarları küfeki daşı ilə örtülmüşdür. Binanın yuxarı hissəsi mərmərdir və oyma ilə bəzədilib. Binaya giriş üçün 28 nərdivan mövcuddur. Qapıdan girəndə qübbə altı salona və buradan da daxili həyət adlanan sütunlu hissəyə gedə bilərsiniz. Mərkəzdə mərmər hovuz tikilib və dam hissəsi açıq olaraq qalmışdı. Sonralar daxili həyət Mustafa Kamal Atatürkə müvəqqəti məzar olaraq ayrıldıqda hovuz bağçaya köçürüldü və binanın damı örtüldü. 

1925-ci ildə İstanbul Muzeylər müdiriyyətinin rəhbəri Xəlil Ethemin rəhbərliyi altında muzey eksponatları toplamaq və satın almaq üzrə xüsusi komissiya qurulur. Satın alınan 1250 eksponat 1927-ci ildə inşası tamamlanan muzeydə nümayiş etdirilir. 15 aprel 1928-ci ildə buranı ziyarət edən Mustafa Kamal Atatürk onun muzey kimi fəaliyyət göstərməsi barədə göstəriş verir. Beləliklə, Türkiyə Cümhuriyyətinin ilk dövlət muzeyi kimi Ankara Tarix və Etnoqrafiya Muzeyi xalqın xidmətinə verilir. Bu gün də bu muzey Türkiyə vətəndaşlarının, ölkəyə gələn bütün turistlərin ən sevdiyi bir muzeylərdəndir.

Qeyd edək ki, muzey müəyyən müddət Atatürkün nəşinin saxlanıldığı məkan kimi fəaliyyət göstərib. Belə ki, Anıtqəbir hazır olana qədər, yəni 1938-1953-cü illər arasında, Atatürk müvəqqəti olaraq burada dəfn edilib. Onun nəşi 1953-cü ildə Anıtqəbirə aparılaraq dəfn ediləndən sonra da muzeyin bu hissəsi  simvolik qəbir şəklində qorunmaqdadır.

Açıklama yok.

İkimərtəbəli muzey binasının birinci mərtəbəsində ekspozisiya salonları, ikinci mərtəbəsində isə inzibati hissə yerləşir. Muzey girişdən sağ və sol istiqamətlərə ayrılır və irəlilədikcə böyük-kiçik salonlardan keçərək türk sənətkarlığının ən gözəl nümunələrini seyr etmək olur. Bələdçinin dediyindən bəlli olur ki, Etnoqrafiya Muzeyi Səlcuq dövləti zamanından günümüzə qədər ən gözəl türk sənət nümunələrinin nümayiş etdirildiyi məkandır. Muzey türk İslam dönəminə aid xalqın yaşayış tərzini əks etdirən etnoqrafik əsərlərlə zəngindir. Məsələn, Anadolunun toy adət-ənənəsi və müxtəlif şəhərlərinə aid geyimlər, türk əl sənəti, xalı və kilimlər, qəhvə mədəniyyəti və s. sərgiləndiyi salonlar muzeyin girişinin sağ tərəfindədir. Anadolunun müxtəlif bölgələrindən yığılmış xalq geyimləri, bəzək əşyaları, ayaqqabı nümunələri, Sivas bölgəsi qadın və kişi corabları, müxtəlif kisələr, dəsmallar, boğçalar, yataq örtükləri, gəlin paltarları ənənəvi türk sənətinin nümunələri kimi burada yer almaqdadır. Ən maraqlısı isə tematik qurulmuş ekspozisiyalardır. Məsələn, qəhvə dəmləmə və içilməsi mərasimində türk qəhvəsinin özəlliklərini əyani vasitələrlə görmək mümkündür. Başqa bir salonlarda isə xına qoyma mərasimi, toy mərasimi də cəlbedicidir.

Açıklama yok.

Girişin sol tərəfindəki salonlarda isə çini və şüşə əşyalar, Osmanlı dövrü xəttatlıq sənəti nümunələri, Səlcuqilər və Bəyliklər dönəminə aid nadir ahşap (taxta) əl işləri sərgilənir. Anadolu misgərlik və metalişləmə sənətinin gözəl nümunələri arasında XV əsrdən qalma Məmlük qazanları, Osmanlı şərbət qazanları, ləyən, sini, qəhvə qabları, qayçıları və s. müxtəlif sənətkarlıq nümunələri yer alıb. Osmanlı zamanına aid yaylar, oxlar, çaxmaqlı tapançalar, tüfənglər, qılınc, yatağanlar və üzərinə Sultan II Mahmudun gerbi işlənmiş atlas parçalar da sərgilənən nümunələr arasındadır. Türk yazı sənətinin gözəl örnəkləri əks etdirən lövhələr də maraq doğurur.

Muzeyin maraqlı bölmələrindən biri də ağacişləmə sənəti nümunələrinin toplandığı məkandır. Rəngarəng əşyaların yer tutduğu salonlardan sonra sanki sakit bir məkana düşürsən. Belə ki, burda bütün əşyalar bir rəngdədir – tünd qəhvəyi. Türk ağacişləməsinin ən gözəl nümunələri, Səlcuq Sultanı III Keyhüsrevin taxtı (XIII əsr), Taşhur Paşa məscidi mehrabı (XII əsr), Çələbi Sultan mədrəsəsi qapısı (XV əsr) muzeyin əhəmiyyətli eksponatlarındandır.

Açıklama yok.

Səlcuq Sultanı III Keyhüsrevin taxtı

Qeyd edək ki, muzeydə həm də müasir standartlara cavab verən texnika da tətbiq olunub. Zalda qoyulmuş video-ekran vasitəsilə muzeyin tarixinə səyahət etmək mümkündür. Muzeydə xüsusilə Anadolu etnoqrafiya və folkloru, sənət tarixi ilə bağlı əsrləri ehtiva edən kitabxana da var. Muzey Ankaraya gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir.

Ankara Dövlət Rəsm və Heykəl Muzeyi Ankaranın Altındağ rayonunun Namazgâh təpəsində yerləşən sənət və mədəniyyət mərkəzidir.
 

1980-ci ildən xidmətə verilən muzey, 1927-ci ildə “Türk Ocaqları Mərkəz Binası” olarak inşa edilmişdi. Bu bina Ankarada inşa edilən ilk ən böyük bina olmaqla yanaşı, Türk Milli Memarlıq sənətinin ən gözəl örnəklərindən sayılır. Muzey kolleksiyasındakı əsərlərin ətraflı məlumatları rəqəmsal hala gətirilmiş və hərtərəfli bir inventar işi ilə qeyd edilmişdir. Vəziyyət təhlili aparılmış bəzi işlər bərpa edildi və çərçivələri yenilənib. Bərpa işləri çərçivəsində qabaqcıl texnologiyaya, yanmaz xüsusiyyətə malik yeni nəsil ağıllı anbar sistemi ilə qorunub. Muzeylərin və əsərlərin davamlı izlənməsini təmin etmək üçün inkişaf etmiş bir kamera və siqnalizasiya sistemi qurulub.

Açıklama yok.

Vizual sənət sahəsində son 150 illik Türk sənət tarixini qoruyan milli bir sərvət olan Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin sərgisi də yenilənib. Yeni sərginin kuratorluğunu Prof. Dr. Kıymet Giray edib. Osman Həmdi Bəydən Şeker Ahmet Paşa, İbrahim Çallıdan Bedri Rəhmi Eyüpoğluna qədər aparıcı rəssamlıq adlarının əvəzsiz 240 əsərinin sərgilənəcəyi Muzeydə ziyarətçilər türk rəsm və heykəltəraşlıq sənətinin “şah əsərlərini” yaxından görə və zövq ala biləcək, həmçinin vaxt sərf etmək imkanı qazanacaqlar. Kurator Prof. Dr. Kıymet Giray əsərin hekayələrini olduğu kimi muzey tarixini də yazdığı və sərgi ilə eyni adda daşıdığı “Şah əsərləri” adlı kitabına daxil edib.

Açıklama yok.

Sənətsevərlər muzey və kolleksiya haqqında ətraflı məlumat əldə edə və hadisələri muzey üçün ilk dəfə yaradılan veb saytında (www.arhm.ktb.gov.tr) yaxından izləyə biləcəklər.

Xatırladaq ki, Dövlət Rəsm və Heykəl Muzeyi 28 dekabr 2020-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı bir mərasimlə yenidən açılıb.

Muzey binası 1976-cı ildə Milli Təhsil Nazirliyindən dörd qiymətli rəsm – Osman Həmdi Bəyin “Silah taciri”, V.Vereşchaginin “Teymurun Türbəsində”, Zonaronun “Gənc Qız Portreti”, Emel Cimcoz (Korutürk) ‘ilə inşa edilmişdir. “Türk Uşağının Atatürkə Təşəkkür Günü”. Bu əsərlər muzey kolleksiyasının ilk parçaları kimi qeyd edilib.

Bu gün Ankara Rəsm və Heykəltəraşlıq Muzeyi, 3 min 629 əsəri ilə Türk rəsm sənətinin ən əhəmiyyətli kolleksiyalarından birinə ev sahibliyi edir.

19-cu əsrin sonlarında görmə sənətləri ilə toplanan kolleksiya, bu günə qədər Türkiyədəki dəyişən sənət anlayışına və müəyyən bir tarixi dövrə şahid olmaq imkanı verir.

Açıklama yok.

Atatürkün oturduğu Prezident lojası

Binada Mustafa Kamal Atatürkün qonaqları qarşılamaq üçün qəbul otağı və Prezident lojası da mövcuddur. Qəbul otağındakı mebellər Osmanlı dövründə tikilmiş və sultanların oturduğu Dolmabağça sarayından gətirilib. Həmin mebellərin içində Osmanlı Sultanı 2-ci Abdulhəmidin əl işləri də var. 

Açıklama yok.

Sultan Abdulhəmidin əl işi

Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin vizual sənət kolleksiyası baxımından bir əsrdən çox tarixin ən əhəmiyyətli arxivlərindən biri olan Türkiyə Dövlət Rəsm və Heykəl Sərgilərində mükafatlandırılan əsərlər dövlət qurum və təşkilatlarından köçürmə, satın alma və ianə yolu ilə yaradılıb. Kolleksiya Rəsm, heykəltəraşlıq, keramika, orijinal çap, türk dekorativ sənəti və fotoqrafiyasından ibarətdir.

Ankaraya gələn rəsmilər və turistlər qeyd etdiyimiz bu iki muzeyi ziyarət edirlər.  

Avropa.info, Ruslan Bəşirli

Bakı-İstanbul-Ankara

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 11551

Oxşar yazılar