Şuşaya gedən Zəfər yolu bu tarixdə hazır olacaq - RƏSMİ

  • 15:43 - 22 Fevral

"Şuşaya gedən yolun 61 kilometr hissəsi minadan tam təmizlənməyib. Yalnız yolun 6-7 metr olan hissəsi minadan təmizlənib ki, yolu işləmək mümkün olsun. Bu yol ölkə başçısının tapşırığı ilə ikinci dərəcəli avtomobil yolu kimi çəkiləcək".

Avropa.info xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib.

O əlavə edib ki, yolun asvalt beton örtüyünün eni 9 metr olacaq və çiyinlər hər iki tərəfə 2 metr olmaqla hərəkət zolağı yaranacaq:

"Bu, umilikdə 13 metr yol yatağı deməkdir. Biz yolların tikintisində çalışan insanların təhlükəsizliyini təmin etməliyik. Ona görə, minalar təmizləndikcə, o yolların tikintisini təmin edirik. Bunları nəzərə alaraq ictimaiyyətə bildiririk ki, avqustun sonuna qədər Zəfər yolunu xalqın istismarına verəcəyik”.


Oxunma sayı: 5050

Oxşar yazılar