Bu axşam İrəvan qarışacaq: Ermənistanda kütləvi itaətsizlik aksiyası keçiriləcək

  • 12:19 - 22 Fevral

Bu gün saat 18:00-da Ermənistanın paytaxtı İrəvanda "Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Aksiyanın keçirilməsi barədə qərar ötən həftənin sonlarında keçirilən mitinqdə qəbul edilib. Etirazçılar baş nazir Nikol Paşinyan və onun komandasının istefa verməsini tələb edirlər.

Qeyd edək ki, Ermənistanda Paşinyan əleyhinə kütləvi aksiyalar ötən il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyanatdan sonra başlayıb. Müharibədəki kapitulyasiya aktına etiraz edən müxalifət fəalları bu günə qədər bir neçə etiraz aksiyası, yürüş keçiriblər. Mitinqlər zamanı baş verən qarşıdurmalarda onlarla insan xəsarət alıb, habelə xeyli sayda etirazçı saxlanılıb.


Oxunma sayı: 2388

Oxşar yazılar