NATO-nun İraqdakı hərbçilərinin sayı yalnız Bağdadın istəyi ilə artırıla bilər

  • 21:04 - 21 Fevral

İraqda NATO qüvvələrinin artırılması yalnız rəsmi Bağdadın istəyi əsasında həyata keçirilə bilər. 

Bunu NATO-nun İraqdakı missiyasının komandanı danimarkalı general Per Olsen deyib. 

P.Olsen bildirib: "NATO missiyası İraq səlahiyyətlilərinin istəyi ilə İraqdadır və ölkədəki vəzifələrinin genişləndirilməsi yalnız bu ölkənin hökumətinin istəyi ilə həyata keçirilə bilər". 

Xatırladaq ki, fevralın 18-i NATO ölkələrinin müdafiə nazirləri alyansın İqardakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul etmişdilər. Qərara əsasən, İraqdakı missiyanın sayı 500 nəfərdən 4 min nəfərə qədər artırılmalıdır. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək.(trend)


Oxunma sayı: 3664

Oxşar yazılar