Argentinanın paytaxtı ağcaqanad istilasına məruz qalıb

  • 15:34 - 21 Fevral

Argentinanın paytaxtı Buenes-Ayres ağcaqanad istilasına məruz qalıb.

Buenes-Ayresdə bu zona üçün tipik sayılan “Aedes Albifasciatus” ağcaqanad növü kəskin artıb.

Buna səbəb iqlim şəraitidir. Uzun müddət quraqlıq olması, daha sonra isə leysan yağışlar yağması ağcaqanadların kəskin artmasını şərtləndirib.

Qeyd edək ki, “Aedes Albifasciatus” ağcaqanad növü təhlükəli xəstəliklərin daşıyıcısı deyil, ancaq onların insanları sancması insanlarda ağrılı allergik reaksiyalar yarada bilər.(apa)


Oxunma sayı: 3598

Oxşar yazılar