Azərbaycanlı turistlər üçün yeni çağırış : Osmanlı, qədim Roma və Şərqi Roma mədəniyyətlərini birləşdirən, Egeyin incisi İzmir (FOTOLAR)

  • 00:36 - 19 Fevral

Mədəniyyət və Turzim Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə qardaş ölkədə səfərdə olan azərbaycanlı jurnalistlər İzmirə gediblər.

Avropa.info xəbər verir ki, jurnalistləri İzmir Mədəniyyət və Turizm Müdiri Murat Karaçanta qarşılayıb. 

Karaçanta pandemiya dövründə İzmirdə turizm sahəsində yeni layihələr həyata keçirildiyini bildirərək, azərbaycanlı turistləri bu şəhərə gəlməyə çağırıb.

Açıklama yok.

“Hal-hazırda 100 min turisti qonaq edə biləcək tutuma malik layihənin həyata keçirilməsi davam edir. Turizm nazirimiz də ayda bir neçə dəfə gəlib işlərin necə getdiyini yoxlayır. İnşallah, yataq sayını artırdıqdan sonra hədəfimiz ildə 4 milyon turist qəbul etməkdir. 2020-cinildə bu rəqəmin 2 milyona çatdırılmasını planlaşdırırdıq, ancaq pandemiyaya görə 80 faiz azalma müşahidə edildi. Lakin dünyadakı rəqiblərimizə baxdıqda yenə də öndə olduğumuzu görürük. Türkiyə 2020-ci ildə 16 milyon turist qəbul edib. Builki hədəfimiz isə ölkə üzrə 30 milyondan çox turist qəbul etməkdir. Qiymət fərqi isə təkcə İzmirlə deyil, dünya ilə müqayisədə çox münasibdir.

Təbii ki, Azərbaycanın da təbiəti çox gözəldir. Mən doğma Azərbaycanı çox sevirəm. Uzun müddət orada çalışmışam. Bütün azərbaycanlıları Türkiyəyə, o cümlədən İzmirə dəvət edirik", deyə Karaçanta qeyd edib.

Bundan sonra, azərbaycanlı media nümayəndələri İzmirdəki tarixi "İzmir Asansör Qülləsi"ni (lift)ziyarət ediblər.  

İzmir Asansör Qülləsi" biri digərindən 58 metr yüksəklikdə olan Midhətpaşa küçəsi ilə Şəhid Nihatbəy küçəsi arasındadır. 1907-ci ildə yəhudi iş adamı Nesim Levi (Bayraqlıoğlu) tərəfindən inşa edilən lift, aşağdakı küçədən yuxarıdakı küçəyə tez və asan şəkildə çatmaq üçün tikilib. Hazırda İzmir Böyükşəhər Bələdiyyəsinin ixtiyarındadır. 

Açıklama yok.

Daha sonra, media mənsubları Osmanlı Sultanı 2-ci Abdulhəmid Xan tərəfindən 1901-ci ildə inşa edilmiş "Saat Qülləsi"ni ziyarət ediblər. Bu saat qülləsi Sultan Abdulhəmidin hakimiyyətə gəlişinin 25 illiyi münasibəti ilə inşa edilib. 25 metrlik "Saat Qülləsi" Konak meydanında yerləşir. Meydanın ətrafında Osmanlı dönəmində inşa edilən İzmir Hökumət Binası və Konak Yalı Məscidi yerləşir. "Saat Qülləsi"nin saatının Almaniya imperatoru 2-ci Vilhelm tərəfindən hədiyyə edildiyi bildirilir. İzmir "Saat Qülləsi" Osmanlı saat qüllələri arasında ən estetik və ən zərif görünüşlüsü olaraq qəbul edilir. 

Açıklama yok.

Qeyd edək ki, İzmirdə qədim Roma, Şərqi Roma və Osmanlı mədəniyyəti bir arada qorunub-saxlanılır.

Avropa.info, Ruslan Bəşirli 

Bakı-İstanbul-Ankara İzmir

Açıklama yok.
Açıklama yok.

Oxunma sayı: 10011

Oxşar yazılar