Azərbaycanlı jurnalistlər Atatürk və Rəsulzadənin məzarlarını ziyarət etdilər - FOTOLAR

  • 18:34 - 17 Fevral

Türkiyədə səfərdə olan bir qrup azərbaycanlı jurnalist Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət ediblər. 

Avropa.info xəbər verir ki, azərbaycanlı media mənsubları Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti ilə nazirliyin Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı baş tutan səfər əsnasında Atatürkün məzarının yerləşdiyi Anıtqəbir Movzeley Kompleksiylə yanaşı, Rəsulzadənin dəfn edildiyi (Cəbəçi) Əsri qəbristanlığında da olublar.

Açıklama yok.



Media mənsublarını Anıtqəbir Movzoley Kompleksinin komandanlığı qarşılayıb. Movzoleyin komandiri Hakan Osman Sərt  Azərbaycanın Qarabağda əldə etdiyi zəfər münasibəti ilə jurnalistləri təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib. Vaxtilə Azərbaycanda 6 ay xidmətdə olduğunu deyən Hakan Osman Sərt, bütün Türkiyənin Azərbaycanın qələbəsinə sevindiyini bildirib. 

Jurnalistlərə Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksi haqda geniş məlumat verilib. 

1938-ci ildə Mustafa Kamal Atatürk vəfat edincə, nəşinin bir Anıtqəbir inşa edilənə qədər Ankara Etnoqrafiya Muzeyində qalacağı açıqlandı. Anıtqəbir Kompleksinin Rasattəpədə tikilməsinə qərar verilincə, 1 mart 1941-ci ildə beynəlxalq tender elan edildi. Tender nəticəsində Emin Onat və Orxan Ardanın təqdim etdiyi proje yarışmanın qalibi oldu. 1944-cü ildə təməli atılan Anıtqəbir Movzoley Kompleksi 1953-cü ildə tamamlandı. Atatürkün nəşi Etnoqrafiya muzeyindən gətirilərək dəfn edildi. 

Açıklama yok.

Anıtqəbir Movzoley Kompleksinin girişindən meydana gedən yol Aslanlı Yol adlanır. Burada yolun hər iki dərəfində 12 şir heykəli olmaqla 24 heykəl var. Bu 24 heykəl türk boylarının sayını göstərir. Anıtqəbir Movzoley Kompleksində hitit, yunan, Səlçuklu, Osmanlı mədəniyyətindən izlər mövcuddur. 

Anıtqəbirdə muzey də mövcuddur. Bu muzeydə Atatürkün istifadə etdiyi əşyalar, hədiyyələr, orden-medalları, avtomobili, silahları saxlanılır. 

Jurnalistlər daha sonra Azəraycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Ankardakı (Cəbəçi) Əsri qəbiristanlığındakı məzarını ziyarət ediblər. 

1920-ci ildə Azərbaycanın işğal edilməsindən sonra, ömrünün sonunadək mühacirətdə yaşamaq məcburiyyətində qalan Rəsulzadə son illərini Ankarada keçirib.Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı. 



Martın 8-də Ankaranın Hacı Bayram məscidində M.Ə.Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar. Ankara şəhər valisi Kamal Aygün də başsağlığı verməyə gəlmişdi. Bundan əlavə cənazənin önündə “Azərbaycan Kültür Dərnəyi”, “Yardımlaşma Dərnəyi”, “Milli Kitabxana”, “Türk Kitabxanaçılar Dərnəyi”, “Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi”, “Qəzetəçilər Cəmiyyəti” təmsilçiləri, İdil-Ural və Krım türklərinin, polşalıların nümayəndələri vardı[25]. Cənazə zamanı Əbdülvahab Yurdsevər, Əhməd Cəfəroğlunun, Mirzə Bala Məmmədzadə, Həmdulla Sübhi Tanrıövərin, Sədri Məqsudi, Cəfər Seyidəhməd Krımər, Abdulla Battal Taymas, Zəki Vəlidi Toğan kimi görkəmli şəxslər də çıxış etdilər. M.Ə.Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edildi. 

Cəbəci Əsri qəbiristanlığında M.Ə.Rəsulzadənin qəbirin üstündə, Ankara bələdiyyəsi tərəfindən, memorial ucadılmışdır. Memorialın yanında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin bayraqları dalğalanır.

Avropa.info, Ruslan Bəşirli

Bakı-Ankara

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Bir 1 kişi, ayakta, açık hava ve anıt görseli olabilir

Oxunma sayı: 8438

Oxşar yazılar