Bakıda məşhur kitab mağazasından oğurluq edən yeniyetmələr saxlanıldı - VİDEO

  • 16:22 - 17 Fevral

Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından bir ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin üç yeniyetmə tərəfindən törədilməsi məlum olub.  

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb. 

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir. 


Oxunma sayı: 8306

Oxşar yazılar