Mədəniyyətlər şəhəri İstanbul : Heyrətamiz Ayasofiya və əsarəngiz Topqapı Sarayı (FOTOLAR)

  • 00:59 - 16 Fevral

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə qardaş ölkəyə gedən bir qrup azərbaycanlı jurnalistin səfəri davam edir.

Avropa.info xəbər verir ki, azərbaycanlı jurnalistlər svilizasiyaların beşiyi hesab olunan İstanbulda bir çox tarixi abidələri ziyarət ediblər. Səfər zamanı  jurnalistlərə pandemiya dönəmində Türkiyənin turizm sektorundakı inkişafı üçün hazırlanan yeni lahiyələrlə bağlı məlumat verilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi səfər çərçivəsində jurnalistlərin peşəkar fəaliyyəti üçün bütün şərtləri formalaşdırıb. Jurnalistlər ziyarətlər zamanı tarixi abidələrlə bağlı məlumatlandırılıb. 

Açıklama yok.

Azərbaycanlı jurnalistlər dünyanın ən çox turist qəbul edən məkanlarından biri olan Topqapı sarayını ziyarət ediblər. Dünyaca məşhur Topqapı sarayının inşasına İstanbul Fatehi Sultan Mehmet Xanın əmri ilə  1460-cı ildə başlanılıb. 18 il davam edən inşa işləri 1478-ci ildə tamamlanıb. İstanbulun ən görkəmli yerlərindən biri olan Sarayburnunda yerləşən bu tikili 700 min kvadratmetrlik ərazini əhatə edir. Topqapı Sarayının tikintisində Avropa mədəniyyətini özündə əks etdirən Barok və Osmanlı memarlıq nümunələrindən istifadə edilib. Hətta pandemiya dövründə belə Topqapı Sarayı ziyarəçilərlə dolu olur. Daha çox ziyarətçi isə Rusiya və possovet ölkəsindən gələnlərdir.

Açıklama yok.

Jurnalistlər daha sonra dünyaca məşhur Ayasofya məscidini ziyarət ediblər. Tarixi Ayasofya məbədi eyni yerdə 3 dəfə tikilib. İlk dəfə Ayasofyanın olduğu yerdə tikilən xristian məbədi Roma imperatoru Septimius Severus tərəfindən dağıdılıb. Daha sonra Şərqi Roma imperatoru 1-ci Konstantinin oğlu 2-ci Konstantin tərəfindən eyni yerdə Ayasofya adlı məbəd tikilib. Lakin, şəhərdəki 44 günlük üsyan nəticəsində məbəd dağıdılıb. İkinci dəfə imperator Teodosisos tərəfindən tikilən Ayasofya, imperator Yustinyan zamanında baş verən üsyan nəticəsində dağıdılıb. Yustinyan 537-ci ildə məbədi 3-cü dəfə yenidən inşa etdirib. 558-ci ildə baş verən zəlzələ nəticəsində Ayasofyanın şərq tərəfi çökdü. Daha sonra bu hissə yenidən təmir edildi. 

Açıklama yok.

Xaç yürüşləri zamanı İstanbulun ələ keçirilməsi ilə Ayasofya qarət edildi. Ortodoksal kilsədən alınan Ayasofya katoliklərin nəzarətinə keçdi. 1261-ci ildə yenidən Şərqi Roma imperiyasının nəzarətinə keçən Ayasofya xarabalıq vəziyyətində idi. 

Bundan sonra diqqətsizlik, qayğısızlıq səbəbi ilə 1346-cı ildə Ayasofyanın ( o zaman hələ kilsə idi) böyük günbəz çökdü. Günbəz 1356-cı ildə yenidən qurulub. 1402-ci il üçün kilsə baxımsızlıqdan tamamilə dağıdıldı və günbəz qismən çökdü.

Açıklama yok.

1453-cü ildə Osmanlı Sultanı Fateh Mehmet Xan İstanbulu fəth etdi. Sultan fəth günü şəhərə daxil olmadı. Fateh Sultan Mehmet 27 may 1453-cü ildə İstanbulu fəth etdi. Osmanlıların ənənəsinə görə, bir şəhər fəth edildikdə, fəthi edən sərkərdə yalnız cümə günü şəhərə girirdi. Fateh Sultan Mehmet mayın 30-da, cümə günü şəhərə girdi. Ayasofya kilsəsinin xarabalıqlarında müəyyən bir hissə təmizləndi. İstanbulun fəthinin mənəvi memarı sayılan Ağ Şəmsəddinin imamlığında Fateh Sultan Mehmet cümə namazını qıldı. Bundan sonra Ayasofya məbədi məscidə çevrilir. 

Bundan sonra Ayasofya camisi daim Osmanlı sultanlarının diqqətində olub, dəfələrlə təmir edilib. 1847-49-cu illərdə sultan Məcid, İtaliyadan gətirdiyi memar Fossati Ayasofya camisində əsaslı təmirini aparmışdı. 1934-cü ildə Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Ayasofya muzeyə çevirildi. 2020-ci ilin 11 iyulundan etibarən isə Ayasofya yenidən məscid olaraq fəaliyyət göstərir. 

Qeyd edək ki, pandemiya dövrü olsa da Topqapı və Ayasofyanın ziyarətçiləri saysız-hesabsız dərəcədə çoxdur. 

Avropa.info, Ruslan Bəşirli

Bakı-İstanbul

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

 


Oxunma sayı: 13663

Oxşar yazılar