Hande Harmancı: Vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngin ölkələrdir

  • 22:00 - 15 Fevral

Təəssüf ki, peyvəndlərin dünyada paylanması ilə bağlı bərabərsizlik artır. Vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngin ölkələrdir. Hazırda 3,5 milyon doza 10 ölkəyə paylanılıb. 2,5 milyard əhalisi olan 130 ölkə isə vaksinin heç bir dozasını əldə edə bilmir.

Avropa.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda keçirilən beynəlxalq vebinarda deyib.

Onun sözlərinə görə, həmin bərabərsizliyi aradan qaldırmaq üçün birgə işləmək, yeni texnologiyalar, diaqnostika mərkəzləri yaratmaq lazımdır.

H.Harmancı Ümumdünya Səhiyyə Təşkilatının COVAX platformasının sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaradılan təşəbbüs olduğunu da diqqətə çatdırıb.


Oxunma sayı: 2630

Oxşar yazılar