Azərbaycanda daha bir ailə DƏHŞƏTİ: Qardaş bacısını öldürdü, yeznəsini...

  • 14:41 - 15 Fevral

Fevralın 14-də saat 1 radələrində Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi və Rəsul Orucova bıçaq zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Bərdə rayon Prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Avropa.info-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq  əməkdaşları  məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçilərək, digər prosessual hərəkətlər yerinə yetirib.

Aparılmış araşdırmalarla 30 yaşlı Elmidar Əsgərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bacısı 32 yaşlı Aynur Əsgərovaya və sonuncunun qeyri-rəsmi nikahda olduğu 29 yaşlı Rəsul Orucova bıçaq zərbələri yetirməsi nəticəsində Aynur Əsgərovanı qəsdən öldürməsinə, Rəsul Orucovu isə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1  (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Elmidar Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 10286

Oxşar yazılar