Pandemiya dövründə turizm sektorunun möhtəşəm Türkiyə modeli : Avropalılar təzyiqlərə rəğmən Türkiyəni seçir (FOTOLAR)

  • 01:54 - 14 Fevral

Türkiyə dövləti ölkə iqtisadiyyatının əsasını təşkil edən turizm sahəsini pandemiya şərtlərinə uyğunlaşdırıb.

Avropa.info xəbər verir ki, qardaş ölkənin Mədəniyyət və Turizm, Xarici İşlər, Daxili İşlər və Səhiyyə nazirlikləri ölkənin turizm sektorunun güclənməsi üçün müvafiq proqramlar hazırlayıb. Bu məqsədlə Türkiyə hğkuməti # Safe Torism, # Safe Toursm Türkiye, #ReadyAnda Safe Türkiye haştaqı ilə açılmış proqramların icrasına başlayıb.

Avropa.info-ya açıqlama verən Türkiyə Turizm Tanıtım və İnkişaf  Agentliyinin  marketinqi Mehmet Xan  Kəlkit  bildirir ki, Türkiyə hökuməti turizmin qorunub saxlanılması üçün 2020-ci ilin birici yarısından etibarən müvafiq proqramın icrasına başlayıb.

"Ötən ilin aprel ayından başalayaraq adı çəkilən nazirliklərin və turizm sahəsindəki  təşkilatların birgə iştirakı ilə sektorun pandemiya dövrünün tələblərinə uyğunlaşması üçün fəaliyyət proqramı hazırlayıb. Həmin proqram bir ildir icra olunmaqdadır. Bu məqsədlə ölkəyə gələcək turistlərin sağlamlığının və təhlükəsiziliyinin təmin edilməsi üçün müvafiq işlər görülüb. Ölkədə fəaliyyət göstərən otellər, turistlərin ziyarət etdiyi məkanlar tam olaraq pandemiya dövrünün tələblərinə uyğun formada hazırlanıb. Bu görülən işlər nəticəsində Türkiyə ötən il 16 milyon turist cəlb edə bildi.Hərçənd, bir sıra mərkəzlər, xüsusən də Avropa Birliyi turistlərin Türkiyəyə səfər etməsinə mane olmağa çalışırdı. Bütün əngəllərə baxmayaraq  xarici ölkə vətəndaşlaır  yenə də Türkiyəni seçdi.

Açıklama yok.

Biz fəxrlə deyə bilərik ki, Türkiyə turizm sektorunda ən yüksək keyfiyyətli xidmət göstərən ölkələrdəndir. Türkiyəki otellər də Avropa ölkələrindəki  otellərdən qat-qat yüksək keyfiyyətli xidmət göstərir. Bu səbəbdən də bütün manelərə baxmayaraq avropalı turistlər Türkiyədə istirahəti seçirlər.

Biz hazırda növbəti sezon üçün fəaliyyətə başlamışıq. Türkiyə bu il də turzim sektorunu pandemiyanın şərtlərinə uyğun şəkildə qurub. Burada  turistin ölkə daxil olduğu andan, istirahət edəcəyi məkana və geri dönüşünə qədər bütün xırda detallar incələnib. Türkiyəyə gələn turistin pandemiya şərtləri daxilində sağlam və təhlükəsiz istirahəti üçün zəruri bütün addımlar atılıb. Hətta Türkiyəyə  gələn turist koronavirus pandemiyasına yoluxacağı təqdirdə belə onların katantin müddətində ölkəmizdə qalması və ya  infeksiyanı ağır formada keçirəcəyi təqdirdə müalicəsinin pulsuz olunması nəzərdə tutulub. Bunun üçün  xüsusi COVİD-19 sırota sistemi tətbiq etmişik. İstənilən turistin tam təhlükəsiz və sağlam şəkildə Türkiyədə istirahət etməsi üçün bütün imkanlar var. Biz daha yenilikçi addımlarla bu il də ölkəmizə turistləri cəlb edəcəyik", deyə mütəxəssis qeyd edib.

Açıklama yok.


 

Xatırladaq ki, Türkiyə pandemiya şəraitində  turizm sektorunun fəlaliyyəti ilə bağlı həyata keçirdiyi proqramları dünya ölkələrinə çatdırmaq məqsədi ilə müxtəlif ölkələrin media nümayəndələrindən ibarət infotur təşkil edilir.  Azərbaycandan da Avropa.info saytının direktoru Ruslan Bəşirli də daxil olmaqla 15 media nümayəndəsi 13 -20 fevral tarixində Türkiyədə səfərdədir. Azərbaycanlı media təmsilçiləri  İstanbul, Ankara, İzmir şəhərlərində səfərdə olacaq  və ölkənin turizm sektorunda görülən işlərlə yaxəndan tanış olacaqlar.

Avropa.info

Ruslan Bəşirli, Bakı-İstanbul

Açıklama yok.

Oxunma sayı: 10594

Oxşar yazılar