Azərbaycanlı jurnalistlər Türkiyədə səfərdədir – FOTOLAR

  • 20:07 - 13 Fevral

Bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.

Avropa.info -nun səfərdə olan əməkdaşı Ruslan Bəşirli xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib.

Jurnalistlər bir həftəlik səfər proqramı ilk olaraq İstanbuldan başlayıb. Səfərin ilk günündə həyata keçirilən proqramın məqsədi haqqında agentlik əməkdaşı tərəfindən jurnalistlərə məlumat verilib.

Qeyd edilib ki, Türkiyə yeni növ koronavirus pandemiyası dönəmində turistlərin ən çox üz tutduğu ölkələr sırasında ilk yerlərdən birini tutur. COVID-19 pandemiyası fonunda ölkəyə gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi, xidmət sektorunda gigyenik qaydalara əməl edilməsi, bütün otel və turistik məkanların yeni qaydalar əsasında xidmət göstərməsi üçün tədbirlər həyata keçirilib.

Türkiyənin pandemiya dövründə etibarlı turizm tətbiqlərini başladaraq yerli və xarici qonaqlarına “sağlam və xoş istirahət” xidməti təqdim etdiyi vurğulanıb və bunun nəticəsi olaraq ölkə 2020-ci ildə təxminən 16 milyon ziyarətçi qəbul etdiyi və turizm gəlirləri 12,1 milyard dollar təşkil etdiyi bildirilib.

Jurnalistlər daha sonra İstanbulun rəmzlərindən sayılan Qalata qülləsini, İstiqlal küçəsini və Taksim meydanını ziyarət edib, onlara turistik məkanlardakı “təhlükəsiz turizm” xidməti əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, jurnalistlər proqram çərçivəsində Türkiyənin paytaxtı Ankara və İzmir şəhərlərini də ziyarət edəcəklər.

Ruslan Bəşirli
Bakı-İstanbul
Avropa.info

Bir 1 kişi, ayakta, gökyüzü ve anıt görseli olabilir

 

Bir 1 kişi, sakal ve iç mekan görseli olabilir

 

 

 

 

 

 

Bir 1 kişi, ayakta ve iç mekan görseli olabilir

Oxunma sayı: 3070

Oxşar yazılar