Sumqayıtın mərkəzi küçəsinə Polad Həşimovun adı verildi - FOTO

  • 18:20 - 13 Fevral

Sumqayıt şəhərində küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.

Avropa.info bildirir ki, bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb. 

Generalın adını daşıyan küçə şəhərin mərkəzi küçələrindən biridir.

Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.


Oxunma sayı: 2256

Oxşar yazılar