TƏBİB rəsmisi maska taxmamaqla bağlı fikrinə AYDINLIQ GƏTİRDİ

  • 13:58 - 12 Fevral

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “REAL TV-yə  müsahibəmdə “Açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz” fikrim sosial şəbəkələrdə haqlı olaraq müzakirələrə səbəb olub" - deyə açıqlaam verib.

Avropa.info-nun məlumatına görə, N.Mustafayeva bildirib ki, verilişin aparıcısı bu məsələ ilə bağlı ondan həkim kimi mövqe bildirməsini istəyib:

“Mən həkim-İnfeksionist olaraq tibbi cəhətdən bildirmişəm ki, tək gəzərkən insanın virusa yoluxma ehtimalı yoxdur. Amma gəlin razılaşaq ki, tək gəzdiyimiz zaman da hansısa yaxınımızla qarşılaşa və ünsiyyətdə ola bilərik. Odur ki, inzibati qayda tətbiq edilərkən bu və ya digər həyatın bütün situasiyalarını əhatə etmək mümkün olmur. Bu səbəbdən vahid qərar verilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən vətəndaşların sağlamlığı naminə qəbul edilmiş hər bir qərara birmənalı əməl etmək hamımızın, eyni zamanda həkim olaraq mənim borcumdur. Təsadüfi deyil ki, ictimaiyyətin hər bir üzvü tərəfindən virusla mübarizə çərçivəsində tətbiq edilən qərarlara riayət olunması nəticəsində virusun kəskin azalması müşahidə edilib”.

O qeyd edib ki, bu mənada həkim kimi bildirdiyi fikir yalnız tibbi mülahizədir və TƏBİB-in rəsmi mövqeyi deyil.


Oxunma sayı: 3136

Oxşar yazılar