""Bayraktar"lar göydən alov yağdırınca və dostları gözlərinin önündə külə dönüncə qurtuluş qaçmaqdaydı" - Erməni mediası 10 mindən çox hərbçinin fərarilik etməsi haqda

  • 11:30 - 12 Fevral

Azərbaycan qarşısında tarixi məğlubiyyətə uğramış Ermənistandan edilən etirafların sayı çoxalmaqdadır. 

Avropa.info xəbər verir ki, Ermənistan mediası 44 günlük Qarabağ savaşı zamanı Azərbaycanın Türkiyədən aldığı "Bayraktar TB2" PUA-larının göydən alovlar yağdırdığını və külə dönmək istəməyən 10 mindən çox erməni hərbçisinin fərarilik etdiyini yazıb. 

Image result for bayraktar tb2 karabakh


 

Ermənistanın "Joxovurd" qəzeti müharibə zamanı 10 mindən çox erməni hərbçisinin qaçdığını bildirib.

"44 günlük müharibə zamanı fərarilik edən erməni əsgərinin sayı 10 mindən çoxdur. Həmin əsgərlər rahat bir şəkildə müharibəyə getmişdilər. Lakin, "Bayraktar"lar göydən alov yağdırınca və dostlarının gözlərinin önündə külə döndüklərini görüncə nə edə bilərdilər? Başqa yol yox idi, qurtuluş qaçmaqdaydı", deyə erməni qəzeti yazıb.

Avropa.info


Oxunma sayı: 13058

Oxşar yazılar