SENSASİON İDDİA : Mossad İranın "nüvə proqramının atası" Fəxrizadəni necə öldürdü... - İngilis mediası sui-qəsdin şok detallarını açıqladı

  • 11:50 - 11 Fevral

İranlı elm adamı və nüvə proqramının memarı Möhsün Fəxrizadənin İsrail kəşfiyyat orqanı olan Mossad tərəfindən qətlə yetirildiyi iddia edilib. 

Avropa.info xəbər verir ki, İngiltərənin "The Jewish Chronicle" qəzetinin kəşfiyyat mənbələrinə istinadən yaydığı məlumata görə, sui-qəsd qərarı 2018 Fəxrizadənin İranın nüvə proqramının arxasında duran ən önəmli ismi olduğu müəyyənləşdirildikdən sonra verilib. 
 

"Sui-qəsd planı 2020-ci ilin martından planlaşdırılıb. Öncə bir qrup İsrail agenti yerli agentlərlə işləmək üçün İrana göndərilib. Həm israillilərdən, həm də iranlılardan ibarət agentlər Fəxrizadəni izləməyə başlayıb. Qrup son dərəcə dəqiq planlar həyata keçirib. 8 ay Fəxrizadə ilə birlikdə nəfəs alıb, onunla oynandılar, onunla səyahət etdilər.

Image result for İranlı nükleer bilimci Fahrizade


 

Fəxrizadənin cümı günü Tehranın şərqindəki villasına gedərkən öldürülməsinə qərar verildi. Fəxrizadənin gediş yolunun kənarında park edilmiş avtomobilin içinə uzaqdan idarə edilən bomba yerləşdirildi. Fəxrizadə hadisə yerinə yaxınlaşdıqda bomba partladıldı. Partlayıcılarla bir yerdə 1 ton olan silah parça-parça İrana gətirilmişdi. Fəxrizadəni 13 güllə ilə öldürən agentlər, bombanı partladaraq hadisə yerindən qaçdılar. Agentlərin hamısı İrandan çıxmağı bacardı", deyə İngiltərə qəzeti yazır. 

Qərb kəşfiyyat qurumları tərəfindən "İranın hərbi nüvə proqramının atası" olaraq xarakterizə edilən Fəxrizadə, 28 Noyabr 2020-ci ildə öldürülüb.  

Avropa.info


Oxunma sayı: 16875

Oxşar yazılar