"Cənab Prezidentin “Milli Prioritetlər” sərəncamı insanlarımızın həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edəcəkdir" - Zərdab rayon idarə və siyasi partiya təmsilçilərinin açıqlamaları

  • 20:47 - 09 Fevral

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub.

Avropa.info bu sərəncamla bağlı Zərdab rayon dövlət strukturları və siyasi partiya təmsilçilərinin fikirlərini təqdim edir.

  İlkin Əliyev- Rayon Gənclər və İdman İdarəsinin rəisi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuşdur. Növbəti 10 il üçün müəyyən olunmuş “Milli Prioritetlər “ölkəmizin daha keyfiyyətli və hərtərəfli inkişaf mərhələsinə keçməsi üçün möhkəm zəmin yaradır. Təsdiq olunmuş Milli Prioritetlər iqtisadi münasibətlərdə iştirak edən bütün subyektlərin fəaliyyətində müsbət əks olunacaqdır. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndiriləcəkdir. Milli bank sektorunun dayanıqlığı təmin olunacaq, ona olan ehtimad yüksələcək, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artacaq və özəl sektorun inkişafına təkan veriləcəkdir.

Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin ediləcəkdir. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılacaq, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq ediləcək və gəlirlilik səviyyəsinin artırılması təmin olunacaqdır. 

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti 10 il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaqdır. Eyni zamanda, rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarlığın dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da qarşıya qoyulan hədəflər siyahısındadır. Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli islahatların genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaqdır.

Səbuhi Kərimov- YAP Zərdab rayon təşkilatının Aparat rəhbəri       

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi Azərbaycanın bundan sonrakı 10 illik yolunu müəyyənləşdirir. Növbəti 10 il üçün təsdiqlənən bu proqramda milli maraqlar və strateji planlamanın vəhdəti, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi, milli proritetlərin mütləq üstünlüyü, bir sözlə dövlətin növbəti 5 strateji prioriteti öz əksini tapıb. Erməni faşizmi üzərində parlaq qələbəmizi şərtləndirən ən başlıca amillərdən biri təbii ki, dövlətimizin iqtisadi qüdrətidir. Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan 44 günlük müharibə iqtisadiyyatımızın dayanıqlı, xalqımızın yekdil, ordumuzun güclü və son dərəcə müasir silahlarla silahlanmış olduğunu  bütün dünyaya sübut etdi. Sözsüz ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Prezident İlham Əliyevin 17 illik fəaliyyəti dövründə güclü, davamlı və dayanıqlı iqtisadiyyata, qüdrətli orduya, sosial iqtisadi sabitliyə, vətəndaş həmrəyliyinə, xalq-dövlət birliyinə, dünya dövlətləri ilə beynəlxalq tərəfdaşlığa nail olunmuşdur. İkinci vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan bundan sonra da bütün sahələrdə regionda və dünyada mövqelərini daha da möhkəmləndirəcək, lider dövlət olaraq daha böyük uğurlara nail olacaqdır. 

Gülağa İsgəndərov- Zərdab Rayon Təhsil Şöbəsinin müdiri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuşdur. Milli Prioritetlər Azərbaycanın bundan sonrakı 10 illik yüksəliş yolunu müəyyənləşdirir. Bu pörioritetlərin müəyyən edilməsi müasir dövrün əsas tələblərindədəndir. Çünkü, bu dünyada gedən siyasi-iqtisadi proseslər qarşıya iqtisadiyyatın, bütövlükdə cəmiyyətin idarə olunmasının təkmilləşdirilməsi vəzifəsini qoyur. Bu səbəbədən sənəddə qeyd edildiyi kimi qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsindən qarşıya qoyulan məqsədlər ölkənin uzun müddətli inkişaf perspektivlərini, əsas sosial-iqtsadi inkişaf istiqamətlərini, eləcə də buna uyğun Milli Prioritetlərin müəyyən olunmasını tələb edir. Milli Prioritetlərdə dövlətimizin növbəti 10 ildəki davamlı inkişafını şərtləndirən amillərdən biri olaraq yüksək səviyyəli təhsil sistemi nəzərdə tutulmuşdur. Azərbaycanda 21-ci əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılacaqdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzun müddətli inkişafı müasir və güclü təsirə arxalanacaq. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılacaqdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömür boyu təhsilə” xüsusi önəm veriləcəkdir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətə davamlılığı təmin olanacaqdır. 

Pərvin Mahmudova – YAP Zərdab rayon təşkilatının sədri         

Prezident cənab İlham Əliyevin bu il fevral ayının 2-də imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı ölkə qarşısında duran mühüm məsələlərin səmərəli həlli istiqamətində atılan növbəti addımdır. İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bütün bunların nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Əmək haqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluğun səviyyəsi minimuma endirilmişdir. Həyata keçirilən islahatlar nəticəsində son 17 il ərzində ölkə iqtisadiyyatının 3 dəfədən çox artması, güclü sosial-iqtisadi infrastruktrun yaradılması da bu baxımdan mühüm faktorlardır. Prezident cənab İlham Əliyevin ötən onilliklərdə həyat keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirmişdir. Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin təşəbbüskarı və eyni zamanda icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, sabitlik və əminamanlıq, vətəndaşlara rifah gətirir. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək regionda hər kəsin maraqlarına xidmət edir. Nöbəti 10 il üçün nəzərdə tutulmuş “Milli Prioritetlər” ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaqdır. Qarşıdakı 10 il ərzində ölkə iqisadiyyatının inkişafı, sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması üçün islahatlar davam etdiriləcəkdir. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliiyin, rifahın və qarşılıqlaı faydalı əmədaşlığın forlmalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcəkdir. İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” cəmiyyətin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir.

Etibar Hacıyev – Zərdab rayonu üzrə Maliyyə şöbəsinin rəisi          

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev bu il fevral ayının 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdqi edilməsi barədə sərəncam imzalamışdır. Prezidentin sözügedən sərəncamında qeyd edilmişdir ki, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatının dəyişməyə qadir, böyük layihələrin təşəbbüskarı olmaq imkanı vermişdir. Ölkəmiz regional iqtisadiyyatın aparıcı gücü olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevirilmişdir. Bütün bunlar respublikamızın regiondakı rolunu yüksəltmiş, rəqabətə  davamlılığını və müstəqil dövlət kimi suverenliyini möhkəmlətməsinə zəmin yaratmışdır. “Milli Prioritetlər”in əsas məqsədi də məhz dövlətin qüdrətli olması və yüksək rifah cəmiyyətinin formalaşmasıdır. Prezident cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkədə həyata keçirilən davamlı islahatların məqsədi Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır. “Milli Prioritetlər”in reallaşdırılması da əslində bu məqsədə xidmət edir. Bunun üçün qarşıdakı 10 illikdə rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədadlətə əsaslanan cəmiyyət, məqsədli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və sair məsələlər hədəf götürülmüşdür. Sənəddə dinamik və sosial ədalətə əsaslanan cəmiyyətin bütün üzvlərinin sosial rifahı nəzərə alınmışdır. Qarşıya qoyulan hədəflərə çatmaq üçün əmək haqlarının artırılması, qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, gəlirlərin ədalətli bölgüsünün təmin olunması, əhalinin aşağı gəlirli təbəqəsinin sosial iqtisadi rifahının artırılması əsas prioritetlər kimi göstərilmişdir. Bundan başqa ölkədə əhalinin pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərinin minimum məbləğinin artırılması da başlıca hədəflərdən biri kimi nəzərə alınmışdır. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağı gəlirli və yoxsulluğa həssas təqbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi də milli prioritetlər sırasına daxil olan məsələlərdəndir. Məlumdur ki, müasir dünyada dövlətlərin siyasi çəkisi, beynəlxalq məsələlərdə söz sahibi olması onların iqtisadi inkişafı ilə ölçülür. İqtisadi müstəqilliyi olmayan ölkələrin siyasi müstəqilliyindən söhbət açmağa dəyməz. Bu üzdən “Milli Prioritetlər”də ölkə iqtisadiyyatının inkişafına xüsusi önəm verilmişdir.                       


Oxunma sayı: 3928

Oxşar yazılar