Azərbaycanlı hakim 20 oyunluq cəzalandırıldı

  • 18:03 - 09 Fevral

Bakının “Səbail” klubunun məşqçisi Vüqar Məmməd cəzalanıb.

Avropa.info-nun məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum məşqçini 20 oyunluq diskvalifikasiya edib. Buna Məmmədin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündəki hərəkəti səbəb olub.

Azərbaycan yığmalarının sabiq baş məşqçisi “Sumqayıt”la ev qarşılaşmasında (1:2) köməkçi hakimi vurduğu üçün belə sərt cəzaya məruz qalıb. Onun hərəkətinə görə “Səbail” 16 min manat cərimə ödəyəcək.


Oxunma sayı: 8218

Oxşar yazılar