Türkiyədən Azərbaycanın şəhid övladları ilə bağlı jest – FOTO

  • 14:37 - 08 Fevral

Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Ermənistanla döyüş əməliyyatları nəticəsində şəhid olmuş azərbaycanlıların övladları üçün özəl təqaüdlər təklif edib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

İdarənin rəhbəri Abdullah Eren bildirib ki, Türkiyə şəhid övladlarına təhsil vermək istəyir.

Bunun üçün Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Türkiyədə araşdırma və dil tədrisi məqsədilə bu kateqoriyadan olan tələbə və aspirantlara xüsusi imkanlar təqdim edəcək:

"Bütün sahələrdə olduğu kimi Türkiyə təhsil sahəsində də azərbaycanlı qardaşlarını dəstəkləyir".


Oxunma sayı: 2102

Oxşar yazılar