Sumqayıtda məcburi köçkünlərin yaşadığı binada yanğın: ölən var

  • 11:59 - 08 Fevral

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

FHN-dən Avropa.info-ya bildirilib ki, hadisə bu gün səhər saatlarında məcburi köçkünlərin məskunlaşdığı "Şəfa" sanatoriyasında qeydə alınıb.

Belə ki, dörd mərtəbəli binanın çardaq hissəsində baş verən yanğın nazirliyin yanğınsöndürənlərinin operativ müdaxiləsi nəticəsində söndürülüb. Nəticədə mənzilin 15 kvadartmetr hissəsi yanıb.

Araşdırmalar zamanı mənzildə 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun meyiti tapılıb, aidiyyəti üzrə təhvil verilib.


Oxunma sayı: 2091

Oxşar yazılar